“Azərbaycan Yurt Bilgisi” jurnalının nəşri

Posted on

1932-ci il  yanvar ayında Türkiyədə “Azərbaycan Yurt Bilgisi” adlı yeni məcmuə nəşr olunmağa başladı. (55a) İstanbulda “Bürhanəddin” mətbəəsində çap olunan bu məcmuə Azərbaycanın tanınmış alimi Əhməd Cəfəroğlunun redaktorluğu ilə nəşr edilirdi. İllik qiyməti 240 quruş, satışı 20 quruş olan bu aylıq, elmi məcmuə müsavatçıların maddi və mənəvi yardımı ilə Bəyazid Universitetinin Türkiyət İnstitutunda  nəşr edilirdi. Bu mətbuat orqanı özündən əvvəlkilərdən fərqli şəkildə fəaliyyət göstərirdi. “Azərbaycan Yurt Bilgisi” 1932-ci ildə yanvar ayında nəşr edilmiş ilk sayında öz məqsədini bu şəkildə açıqlayırdı: “Elmi münasibətin millətlər arasında gündən-günə sıxlaşması və yekdigərini bu vəsilə ilə daha çox tanıya bilməsi əvvəlcə böyük millətlərin mövzu daxilində qalan yurdumuzun artıq müstəqilən tədqiqini  bir zərurət olaraq tələb etməkdədəri. Öz-özünü bizzat tədqiq etməyə millətlər başqa millətlərin etnoqrafik tədqiqi mövzusundan başqa bir şey olmamışdır. Halbuki Azərbaycan bu iptidai dövrəsini artıq üzərindən atmış və qapısını da elmi kapitülasyondan çoxdan bağlamışlar…” (55a)

Jurnalda M. Ə. Rəsulzadənin, Ə. Cəfəroğlunun, M. B. Məmmədzadənin və başqa azərbaycanlı müəlliflərin yazıları çap edilirdi. M. Ə. Rəsulzadənin “Milli Azərbaycan hərəkatının xarakteri”, M. Məhmətzadənin (M. B. Məmmədzadə – N. Y.) “Dövlətlərarası münasibətlərə dair vəsiqələrdə Azərbaycan”, Ə. Cəfəroğlunun “Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri” məqalələri oxucular tərəfindən böyük maraqla qarşılanırdı. H. Sahirin jurnalda dərc olunan “İran Azərbaycanının  təbii coğrafiyası” məqaləsində maraqlı bir tarixə toxunulur. İran Azərbaycanına məxsus bölgələrdən danışılır: “Araz çayı Azərbaycanla Qafqasiya arasında təbii bir hüdud kimidir. Bunun məcrası Raqadağ və Qarabağ arasındadır” (239, s. 196).

Tanınmış alim Əhməd Cəfəroğlunun “Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri” başlıqlı yazıları geniş diqqətə malik idi:

“Azərbaycan Yurt Bilgisi”nin məqsəd və qayəsi yalnız Azərbaycanı hər bir xüsusda  yaxından bilən və tanıyanlara bir tədqiq kadrosu hazırlayaraq hars tədqiqi ilə məşğul olmaqdan ibarət olmayıb, eyni zamanda onu bu ölkə ilə əlaqədar irqdaş və mühiblərinə tanıtmaqdır. Məcmuəmiz bununla da iqtifa etməyəcək və müştərək Türk harsının hələ aydınlaşmamış olan nöqtələrini tənvirə çalışacaqdır”

“Azərbaycan Yurt Bilgisi” daha əvvəl nəşr olunan məcmuələrin əksinə ilk olaraq Azərbaycan davasını deyil, Türk mədəniyyətini hədəf olaraq nəşr olunan həyatını davam etdirməyə çalışmışdır. Daha doğrusu əvvəl nəşr olunan müsavat orqanlarının hədəfi, siyasi yoldan bir an əvvəl Azərbaycana təkrar istiqlalını qazandırmaq olmasına ramən bu dəfə məqsəd Türkün yaşadığı böyük coğrafi ərazini göz önünə gətirmək, Türk mədəniyyətini elmi bir baxışla və mövzunun  bilicisi sayıla biləcək şəxslərin qələmindən oxucuya çatdırmaqdır. “Azərbaycan Yurt Bilgisi”ndə aşağıdakı müəlliflərin yazılarına rast gəlmək mümkündür: A. N. Həkimbəy, Abdullah oğlu Həsən, Abdullah Battal, Əbdülqadir, Abdullahoğlu Həsən, Əbdülqadir Süleyman, Adnan Cahit, Əhməd Tələt, Prof. Əhməd Zəki Vəlidi, Dos. Akdəs Nemət, Əli Dəhri, Əli Nəzərli, Əli oğlu, M. Əli, Əlizadə Məmməd, Aşiq Məmməd, Ayaz İshaki, Əziz Özər, Vahabzadə Sadıq, Bədriyə Sabit, Bəsim Atalay, Cəfəroğlu Əhməd, Cifçi oğlu H. Nihal, G. Yaesshke, Habib Sahir, Hacı Mahmud, Əfəndizadə İbrahim, Hacı Şeyxoğlu Həsən, Dr. Hakim bəy, A. N., Prof. Xəlil Nemətullah, Xəlil Xasməmmədli, Xeyrəddin İlhami, Fəvziyə Abdullah, Dr. Yanos Esktann, Kırımlı Cəfər Seyid Əhməd, Qivaməddin, Prof. Körpülüzadə, M. Fuad, Kösəmilhalzadə Mahmud Rəqib, Dr. M. Əhməd, M. Həqqi Türkəqul, M. B. Məmmədzadə, M. Şakir, Prof. M. Şərafəddin, Maraşlı Əsat, Mak Meipeske, Məbrurə Rahim, Məmməd Xalid, Maral Okay, Mirzadə M., Fəxrəddin, Dr. Məhərrəm Ergin, Mustafa Vəkilli, Mükrimin Xəlil, Nağı Şeyxzamanlı, Rəsulzadə Məmməd Əmin, Rəsulğoğlu Məmməd Əli, Sadıx Sənan, Sadəddin Nüzhəm, Seyidli Mir Əziz, Səlim Rəfiq, Süleyman Təkinər, Şəfi Rüstəmbəyli, Şərafəddin Ərəl, Rien Charles, Talıbxanbəyli Sürəyya, Təkin, Zahir Sidqi, Zeynal Ağqoç, Zeynal A. Saray, Ziyaəddin Fəxri.

“Azərbaycan Yurt Bilgisi”  öz səhifələrində 27 Aprel və 28 May tarixlərini anan, yada salan yazılara da yer verməkdən uzaq olmamışdır. Məcmuə bu tipli yazılarla  Azərbaycan istiqlal davasını yaşatmağı və istiqlal ruhunun ölməməsinə çalışmışdır:

“Zavallı Azərbaycan!

Çəkmədiyin qalmadı. Uğurlu, anlı və şanslı günlərin qara günlərə çevrildi. Müqəddəs üç rəngli bayrağın yerinə yad ellərin müstəqil bayrağı quruldu.

… Türkün yurdu Türk tarixində bir çox 27 Aprel fəlakətləri geçirmiş, fəqət hər bir vaxt ülküsünü itirməmiş, istiqlaliyyətini unutmamışdır. 27 Aprelin qara günlər acısına Sibirdəkilər aclıqla, daxildəkilər milli qiyamlarla, xaricdəkilər birlikləri ilə müqabilə etdilər” (55 b, 55 q)

“Azərbaycan Yurt Bilgisi” məcmuəsinin son sayı 35-36, nəşri tarixi isə 1934-cü ilin yanvar ayı olub. Bu müddətdə məcmuənin 36 sayı çap edilib. 1954-cü ilin fevralında yenidən nəşr edilən bu məcmuənin 37-ci sayı əldə edilən ilk və son sayıdır.

“Azərbaycan Yurd Bilgisi”  jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur.

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma